Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusilə də İnternetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində İnternetin imkanlarından istifadə olunur, şagirdlər onlara verilən dərs tapşırıqlarının həllində faydalı informasiya və bilik mənbəyi olan İnternetə üz tuturlar. Zamanın diktəsi ilə meydana çıxan və özü-özlüyündə qaçılmaz olan bu cür yanaşma təhsilalanların müasir texnologiyalarla erkən yaşlarından tanış olmaları ilə yanaşı, tədris olunan mövzunu daha əhatəli şəkildə qavramaları baxımından mühüm əhəmiyyət daşıyır.    

Bununla yanaşı, İnternetin təhsilə inteqrasiyası və faydaları nə qədər labüd və danılmaz olsa da, doğru istifadə olunmadıqda mənfi təzahürlərə yol aça və hətta təhsilalanların normal psixoloji inkişafı üçün təhdidlər yarada bilir. Nəhayətsiz məlumat mənbəyi olan

Ölkədə təhsil sahəsində ən iri daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi təhsil müəssisələri üçün geniş imkanlar təqdim edir. Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə daxil olan yerli akademik təhsil müəssisələri Avropanın “GEANT” elm və təhsil şəbəkəsinə qoşularaq bu beynəlxalq şəbəkənin resursları sayəsində öz xarici həmkarları ilə elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tətbiq etmək imkanına malikdirlər. Ali təhsil müəssisələrinin GEANT şəbəkəsinə qoşulması Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında “Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalanması sayəsində mümkün olmuşdur.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) ilə “AzEduNet” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunacaq İKT və elektrotexnika ixtisasları üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğun qalması məqsədilə “AzEduNet” şirkətinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq rəylər veriləcək.

Eyni zamanda, mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, təkmilləşdirmə kurslarının keçirilməsi və məzunların işlə təmin olunması üzrə “AzEduNet” şirkəti tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin əməkdaşlıq çərçivəsində şirkətin işçi heyəti üçün Sənaye və

Təhsil sahəsində ölkənin ən iri korporativ intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyətə başladığı ilk gündən etibarən təhsil müəssisələri üçün geniş inkişaf perspektivləri yaradır. ATŞ-ə daxil olan ümumtəhsil müəssisələri və təhsil qurumları qabaqcıl informasiya-kommunikasiya texnologiyaları ilə sistemli şəkildə təmin olunur, bu isə ümumilikdə təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, təhsil müəssisələrində aparılan tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərir.

Azərbaycan Təhsil Şəbəkəsinin telekonfrans imkanları sayəsində ölkənin təhsil ocaqları arasında bilik mübadiləsi sürətlənir

Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı, “AzEduNet”,  “Enginet”, “Microsoft” və “Bakcell” şirkətlərinin iştirakı ilə paytaxt məktəblərində maarifləndirici seminarlar təşkil olunub.

Seminarlarda iştirak edən şagirdlərə ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verilib. Bildirilib ki, sözügedən şəbəkə hazırda ölkə üzrə 2800-dən artıq ümumtəhsil müəssisəsini əhatə edir və təhsil müəssisələrini internet və intranet xidmətləri ilə təmin edir. Eyni zamanda vurğulanıb ki, ATŞ-nin başlıca

Martın 5-də Təhsil Nazirliyi, “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.

Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri təhsil sisteminin bütün pillələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən son illər müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilməkdədir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 1News.Az saytına müsahibəsində bu barədə ətraflı məlumat verib.   

Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.

Ölkənin ən iri korporativ intranet şəbəkəsi – Azərbaycan Təhsil Şəbəkəsinin təminatçısı olan “AzEduNet” şirkəti ISO 20000 beynəlxalq standartına uyğunluğunu təsdiqləyən xarici auditi növbəti dəfə müvəffəqiyyətlə başa vurub. Audit ISO 20000 standartının yaradıcısı olan və keyfiyyət menecmenti sahəsində peşəkar sertifikasiya xidmətləri təqdim edən İngiltərənin nüfuzlu “British Standard Institution” (BSI) təşkilatı tərəfindən aparılıb.